ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə ilk dəfə qadın rəhbərlik edəcək

Cina Haspel MKİ-nin keçmiş rəhbəri Mayk Pompeonun müavini vəzifəsini tutub

Bakı, Nazilə Xaqani, İnteraz - 13 Mart 2018, 17:51

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə (MKİ) tarixdə ilk dəfə qadın rəhbərlik edəcək.

 

İnterAz-ın RİA"Novosti"yə istinadla verdiyi məlumata görə, bu barədə ABŞ Prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

 

"Cina Haspel MKİ-nin yeni rəhbəri olacaq. Hamını təbrik edirəm", - deyə o yazıb.


Bundan əvvəl Cina Haspel MKİ-nin keçmiş rəhbəri Mayk Pompeonun müavini vəzifəsini tutub.


Qeyd edək ki, D.Tramp Reks Tillersonu dövlət katibi vəzifəsindən azad edib və onun postuna Mayk Pompeonu təyin edib