Əfqanıstanda partlayış olub

Hadisənin təfərrüatı barədə məlumat yayılmayıb

Bakı , Nərgiz Quliyeva, İnteraz - 14 Mart 2018, 09:54

Əfqanıstanda avtomobilin partladılması nəticəsində azı 6 polis əməkdaşı ölüb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu yerli polis idarəsindən bildiriblər.

Ölkənin cənubunda yerləşən Gilmənd əyalətinin Nadəli rayonunda terrorçu-kamikadze özünü partladıb. 

Hadisənin təfərrüatı barədə məlumat yayılmayıb.

Partlayışın məsuliyyətini hələ ki heç bir terroçu qruplaşma üzərinə götürməyib.