Ərdoğan: “Bu günün sonunadək Afrin terrorçulardan təmizlənəcək”

Afrinin azad olunması və 2016-cı ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişinin qarşısının alınmasına həsr olunan qələbə marşları yazılmalıdır

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 14 Mart 2018, 13:52

“Bu günün sonunadək Afrin terrorçulardan təmizlənəcək”.

 

İnterAz xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

 

O deyib ki, Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun Afrində keçirdiyi əməliyyatı nəticəsində 3444 terrorçu məhv edilib: "Bunlar “Fərat qalxanı” əməliyyatında qarşımıza İŞİD-i çıxartdılar. Biz 3000 İŞİD-çini zərərsizləşdirdik. İndi “Zeytun budağı” əməliyyatında da eyni işi görürlər. Biz onlardan silah istədik, amma vermədilər. Terrorçulara isə silah da verdilər, digər köməyi də göstərdilər. Pis qonşular bizi silah istehsal etməyə məcub etdi. Afrindəki əməliyyatda isifadə edilən silahların 65 faizi Türkiyə istehsaldır. Bu rəqəm qarşıdakı illərdə daha da artacaq". 

 

Prezident bildirib ki, Afrində 1300 kv km. ərazi terrorçulardan təmizlənib: “Fərat qalxanı” əməliyyatı nəticəsində 2 min kv km. ərazini terrorçulardan təmizləmişik. Oranı əsl sahiblərinə təhvil verdik. Bizim və Azad Suriya Ordusnun nəzarəti altında orada təhlükəsizlik tam təmin edilib".

 

R.T.Ərdoğan vurğulayıb ki, Afrinin azad olunması və 2016-cı ilin iyulun 15-də Türkiyədə dövlət çevrilişinin qarşısının alınmasına həsr olunan qələbə marşları yazılmalıdır.