Nalçikdə bazardakı güclü yanğın davam edir

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 75 əməkdaşı, 13 texnikası çalışır

Bakı, , İnteraz - 16 Aprel 2018, 09:40

Bu gün səhər saatlarında Rusiya Federasiyası Kabardin-Balkar Respublikasının Nalçik şəhərindəki bazarda güclü yanğın baş verib.

 

İnterAz-ın məlumatına görə, 2 min kv.m sahəni əhatə edən yanğın artıq ikinci ticarət pavilyonuna keçib.

 

 

Hadisə yerində Fövqəladə Hallar Nazirliyinin 75 əməkdaşı, 13 texnikası çalışır.

 

Xəsarət alanların olmadığı bildirilir.