PKK hücumu nəticəsində 3 türk əsgəri həlak olub

İri kalibrli silahlardan açılan atəş nəticəsində 3 əsgər həlak olub

  • 8

Bakı, , İnteraz - 16 Aprel 2018, 11:08

Türkiyənin Şırnak vilayətində, Bestlər-Dərələr adlanan ərazidə yerləşən hərbi hissə PKK terrorçularının hücumuna məruz qalıb.

 

İnterAz-ın APA-ya istinadən verdiyi xəbərə görə, iri kalibrli silahlardan açılan atəş nəticəsində 3 əsgər həlak olub, 1-i yaralanıb. Hərbçilər terrorçulara cavab atəşi açıblar. Bölgədə aviasiyanın iştirakı ilə əməliyyat başlayıb.