Türkiyənin 81 vilayətində etiraz aksiyası keçiriləcək

Aksiyalar aprelin 16-ı, yerli vaxtla saat 12:00-da başlayacaq

  • 11

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 16 Aprel 2018, 11:58

Türkiyədə müxalif Cümhuriyyət Xalq Partiyası (CHP) fövqəladə hal rejiminin uzadılmasına etiraz olaraq ölkənin bütün vilayətlərində eyni zamanda etiraz aksiyası keçirəcək.

 

İnterAz xəbər verir ki, aksiyalar aprelin 16-ı, yerli vaxtla saat 12:00-da başlayacaq.

 

Qeyd edək ki, bir müddət əvvəl baş nazirin müavini Bekir Bozdağ fövqəladə hal rejiminin müddətinin uzadılacağını bildirmişdi.