Yerevanda etirazçılar universitetə daxil olaraq tələbələri tətilə çağırırlar

Polisin hələ müdaxilə etmədiyi bildirilir

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 16 Aprel 2018, 12:36

Sabiq prezident Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı çıxan təqribən 100 nəfər Ermənistan Dövlət Universitetinin binasına daxil olaraq tələbələri etirazlara qoşulmağa çağırıb.

 

İnterAz xəbər verir ki, polisin hələ müdaxilə etmədiyi bildirilir.

 

Bundan əvvəl etirazçılar Yerevanın mərkəzi küçələrini bağlamışdılar.

 

Ötən gün etiraz hərəkatının lideri, "Yelk" parlament fraksiyasının rəhbəri Nikol Paşinyan bəyan edib ki, onun tərəfdarları körpüləri, yolları və metro stansiyalarını bağlamaq niyyətindədirlər.

 

Aprelin 14-də Ermənistanın hakim Respublika partiyası Serj Sarkisyanın Ermənistanın baş naziri postuna namizədliyini irəli sürüb. Baş nazir seçimi aprelin 17-nə gözlənilir.