Las-Veqasda hotel işçisi rəhbərliyə atəş açıb

Əvvəlcə şübhəli şəxs 50 yaşlı qadını vuraraq öldürüb

  • 7

Bakı, , İnteraz - 16 Aprel 2018, 14:16

 ABŞ-ın Las-Veqas şəhərində yerləşən "Venetian" hotelinin keçmiş əməkdaşı mehmanxanın rəhbərliyinə atəş açıb.

 

İnterAz Report-a istinadən xəbər verir ki, hadisə dünən gecə hotel rəhbərliyinin piknik təşkil etdiyi Sanset parkında baş verib.

 

Əvvəlcə şübhəli şəxs 50 yaşlı qadını vuraraq öldürüb, ardından isə elə o yaşlarda olan kişiyə doğru atəş açıb.

 

Hazırda yaralı Las-Veqasdakı xəstəxanalardan birində kritik vəziyyətdədir.

 

Hələlik atəş açan şəxsi ələ keçirmək mümkün olmayıb, amma onun avtomobili yerli aeroportda aşkarlanıb.

 

Yerli KİV atəş açan şəxsin 2003-cü ildən kazinoda diler kimi fəaliyyət göstərdiyini yazıb. 2010-cu ilə olan məlumata görə, onun 300 min ABŞ dollarından çox borcu olub.