Polis "Taksim" meydanını əhatəyə alıb

Hazırda polis istisnasız olaraq hamı üçün "Taksim" meydanına aparan yolları bağlayıb

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 16 Aprel 2018, 14:32

Türkiyədə fövqəladə vəziyyət rejiminin müddətinin uzadılmasına görə İstanbulda gözlənilən etirqaz aksiyası ilə əlaqədar polis "Taksim" meydanını əhatəyə alıb.

 

İnterAz xəbər verir ki, hazırda polis istisnasız olaraq hamı üçün "Taksim" meydanına aparan yolları bağlayıb.

 

Qeyd edək ki, bu gün müxalif Cümhuriyyət Xalq Partiyası vəziyyət rejiminin müddətinin uzadılmasına etiraz əlaməti olaraq Türkiyənin bütün vilayətlərində aksiya keçirir.