Belçika XİN Suriya məsələsinə qarışdı: Vəziyyətin hərbi yolla həlli yoxdur

"Bu gün əsas məsələ Suriya üzrə siyasi dialoq yolunun bərpa olunmasıdır"

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 16 Aprel 2018, 15:36

Suriyadakı vəziyyətin hərbi yolla həlli yoxdur.

 

İnteraz xəbər verir ki, bunu Belçikanın xarici işlər naziri Didye Reynders bəyan edib.

 

O, Avropa İttifaqının xarici işlər nazirlərinin iclasında Rusiya və İranla Suriya böhranı ilə bağlı siyasi dialoqun aparılması məsələsinin qaldırılacağını gözlədiyini bildirib:

 

"Bu gün əsas məsələ Suriya üzrə siyasi dialoq yolunun bərpa olunmasıdır. Əgər biz dinc həll yolu istəyiriksə, Rusiya və İranla danışıqlar aparmalıyıq".