Fransa prezidentinin yalan danışır - Türkiyə XİN rəhbəri

Fransa prezidentinin bu görüşdə iştirak etmək istəməsi Dumadakı kimyəvi silah tətbiqindən əvvəl olub

  • 11

Bakı, Nazilə Xaqani, İnteraz - 16 Aprel 2018, 16:45

Fransa prezidentinin yalan danışır.  Bir ölkənin prezidenti belə yalan danışmamalıdır.

 

İnterAz-ın "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada NATO-nun baş katibi Yens Stoltenberqlə keçirdiyi birgə mətbuat konfransında bildirib. 

 

"Fransa prezidentinin bu görüşdə iştirak etmək istəməsi Dumadakı kimyəvi silah tətbiqindən əvvəl olub. Emmanuel Makron Türkiyə-Rusiya-İran prezidentlərinin Ankarada keçirdiyi görüşdə iştirak etmək istədiyini bildirdi. Biz Rusiya prezidenti Vladimir Putinlə danışdıq, etiraz etmədi. İran prezidenti isə üç ölkənin görüşündən sonra Fransa ilə birlikdə də görüş keçirilməsini məqbul sayd", deyə o bildirib.