Stoltenberq: Heç bir NATO ölkəsi Türkiyə qədər terror təhlükəsinə məruz qalmayıb

Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatından da danışıb

  • 8

Bakı, Nazilə Xaqani, İnteraz - 16 Aprel 2018, 17:32

Heç bir NATO ölkəsi Türkiyə qədər terror təhlükəsinə məruz qalmayıb.

 

İnterAz-ın "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyədə səfərdə olan NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu ilə keçirdiyi görüşdən sonra təşkil edilən  mətbuat konfransında deyib.

 

Türkiyənin Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatından danışan baş katib, bu mövzuda NATO-nu davamlı məlumatlandırdığını qeyd edib.

 

"Türkiyə bu əməliyyatın gedişatı zamanı şəffaf davrandı", - deyə o bildirib.