Niderlandda xüsusi "intihar qutuları" hazırlanıb

Bu qurğu uzun illər evtanaziyanın leqallaşdırılması üçün çıxış edən avstraliyalı Filip Niçke və niderlandlı dizayner Aleksandr Bannink tərəfindən yaradılıb

Bakı, Nazilə Xaqani, İnteraz - 17 Aprel 2018, 12:27

Niderlandın paytaxtı Amsterdamda keçirilən dəfn sənayesi sərgisində “intihar üçün kapsul” təqdim olunub.

 

İnterAz-ın məlumatına görə, həmin kapsul kosmik raketlərin kapsuluna bənzəyir.

 

Bu qurğu uzun illər evtanaziyanın leqallaşdırılması üçün çıxış edən avstraliyalı Filip Niçke və niderlandlı dizayner Aleksandr Bannink tərəfindən yaradılıb.

 

Qeyd olunur ki, ağrısız şəkildə həyatına son qoymaq istəyən şəxslər kapsulun içinə daxil olduqdan sonra yüngül başgicəllənmə hiss edəcək və huşunu itirdikdən sonra öləcək.

 

Tədbirdə həmin kapsulun maketi təqdim olunub. Layihənin müəllifləri bu ilin sonunadək bu kapsulu istifadəyə verə biləcəklərinə ümid edir.

TREND