Nikol Paşinyan "xalq məxməri inqilabı"nın başlandığını elan edib

O vurğulayıb ki, dinc aksiya keçiriləcək, heç bir zorakılıq olmayacaq

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 17 Aprel 2018, 14:27

 Yerevanda keçirilən mitinqdə etiraz aksiyasının təşkilatçısı, Ermənistan Milli Məclisinin deputatı Nikol Paşinyan "xalq məxməri inqilabı"nın başlandığını elan edib.

 

İnterAz  Ermənistan KİV-lərinə xəbər verir ki, N.Paşinyan erməni vətəndaşlarını yürüş keçirməyə və "dövlət orqanlarının fəaliyyətini iflic etməyə" çağırıb.

 

"Biz daxil ola biləcəyimiz yerdərdə oturaq etiraz aksiyaları keçirəcəyik. Mümkün olmasa, binaların qarşısında oturacaq və heç kimə oraya daxil olmağa icazə verməyəcəyik. Binalardan çıxanları isə mitinqə qoşulma şərti ilə buraxacağıq", - deputat deyib.

 

O vurğulayıb ki, dinc aksiya keçiriləcək, heç bir zorakılıq olmayacaq.

 

N.Paşinyan Ermənistanın müxtəlif şəhər və kəndlərində tərəfdarlarını bu cür addımlara çağırıb.