Əfqanıstanda 300 “Taliban” silahlısı məhv edilib

Bundan başqa, 15 hərbçi və 10 polis əməkdaşı da həlak olub. 5 dinc sakin də toqquşmaların qurbanı olub

Bakı, Cavid Babayev, İnteraz - 16 May 2018, 11:33

Əfqanıstanın qərbində Fərəh əyalətində “Taliban” terror təşkilatı ilə təhlükəsizlik qüvvələri arasında döyüş baş verib.

İnterAz-ın "Trend"ə istinadən verdiyi məlumata görə, döyüşlər nəticəsində “Taliban”ın 300-dək üzvü məhv edilib.

Bundan başqa, 15 hərbçi və 10 polis əməkdaşı da həlak olub. 5 dinc sakin də toqquşmaların qurbanı olub.

Qeyd olunur ki, ötən gündən başlayaraq “Taliban” silahlıları Fərəh əyalətində geinişmiqyaslı hücumlara başlayıb. Hücumda 2000-ə yaxın silahlı iştirak edib. Hücumun qarşısı ABŞ Hərbi-Hava Qüvvələrinin köməyi ilə alınıb.