Yerevanda etiraz aksiyası keçirilir, merin istefası tələb olunur

Etirazçılar meri səmərəsiz fəaliyyət göstərməkdə və vətəndaşlar qarşısında hesabat verməməkdə ittiham edirlər

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 16 May 2018, 14:11

 Yerevan merinin istefası tələbi ilə etiraz aksiyası keçirilir.

 

İnterAz  Ermənistan KİV-inə istinadən xəbər verir ki, aksiya iştirakçıları şəhər merliyi binasına soxulub, onun kabinetinə girməyə cəhd göstərirlər.

 

Bildirilib ki, onlar Yerevanın mərkəzində yenidən qurulan parkın ətrafında çəkilən çəpəri dağıdıblar.

 

Etirazçılar meri səmərəsiz fəaliyyət göstərməkdə və vətəndaşlar qarşısında hesabat verməməkdə ittiham edirlər.

 

Yerevan merinin müavini David Ohanyan mayın 16-da jurnalistlərə açıqlamasında bildirib ki, şəhər meri Taron Markaryanın istefası gündəlikdə yoxdur.