Qəzza zolağı İsrailin humanitar yardımından imtina edib

Yerli hökumət orqanları bu yardımı qəbul etməkdən imtina edib və humanitar yardım İsrail tərəfinə geri qaytarılıb

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 16 May 2018, 14:48

İsrail Qəzza zolağına iki yük maşını ilə dərman və humanitar yardım göndərib.

 

İnterAz xəbər verir ki, bu barədə "Report"a İsrailin Azərbaycandakı səfirliyindən bildirilib.

 

Məlumatda deyilir ki, yerli hökumət orqanları bu yardımı qəbul etməkdən imtina edib və humanitar yardım İsrail tərəfinə geri qaytarılıb.

 

Xatırladaq ki, daha əvvəllər Qəzza zolağı sərhədi yaxınlığında israilli hərbçilərlə toqquşmalar zamanı ABŞ-ın Qüdsdə səfirlik açmasına etiraz edən 60-dan çox fələstinli ölüb, təqribən, 3 min nəfər yaralanıb.