İraqda terror hücumu olub

Təhlükəsizlik qüvvələri intiharçını zərərsizləşdirərək hücumun qarşısını ala bilib

Bakı, Nazilə Xaqani, İnteraz - 16 May 2018, 16:53

İraqın şimalındakı ət-Tarmiyə şəhərində baş vermiş terror hücumu nəticəsində azı 2 nəfər həlak olub.

 

İnterAz-ın məlumatına görə, üzərinə partlayıcı maddə bağlamış intiharçı matəm karvanına hücum etməyə çalışıb.

 

Təhlükəsizlik qüvvələri intiharçını zərərsizləşdirərək hücumun qarşısını ala bilib. Hadisə zamanı daha 4 nəfər yaralanıb.

 

Hadisə ilə bağlı məsuliyyəti üzərinə götürən olmayıb.

TREND