Özbəkistanda sel daşqınları nəticəsində 5 nəfər ölüb

Məlumatda bildirilir ki, hadisə Özbəkistanın Kaşkadar vilayətində baş verib.

Bakı, Cavid Babayev, İnteraz - 17 May 2018, 10:19

Özbəkistanın cənubunda baş verən sel daşqınları nəticəsində insan tələfatı qeydə alınıb.

İnterAz-ın "APA"a istinadən verdiyi xəbərə görə, bu barədə Özbəkistanın Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, hadisə Özbəkistanın Kaşkadar vilayətində baş verib.

Sel daşqınları nəticəsində 5 nəfər ölüb. Hazırda nazirliyin əməkdaşları tərəfindən xilasetmə və bərpa işləri aparılır.

Qeyd edilib ki, sel daşqınlarına ölkənin bir sıra bölgələrində aramsız yağan leysan yağışlar, həmçinin kəskin istiləşmə səbəb olub.