Rusiyada mayda qar yağıb

Sinoptiklər qarın sabah da yağacağını proqnozlaşdırır

Bakı, Kəmalə Bədəlova, , İnteraz - 17 May 2018, 11:46

Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsinin bəzi şəhərlərinə qar yağıb.

 

İnterAz-ın məlumatına görə, Surqut və Nijnevartovsk şəhərlərinə səhər saatlarından etibarən qar yağmağa başlayıb.

 

Sinoptiklər qarın sabah da yağacağını proqnozlaşdırır.

 

Eyni zamanda bölgədə temperaturun gecə saatlarında mənfi 15 dərəcəyədək düşəcəyi gözlənilir.

 

Trend