Yaponiyada əməliyyat - 44 milyon dollarlıq qızıl ələ keçdi

Qanunsuz yolla ölkəyə gətirilən 4,8 milyard iyen dəyərində qızılla bağlı 7 nəfərdən ibarət dəstə yaxalanıb

Bakı, Kəmalə Bədəlova, , İnteraz - 17 May 2018, 13:16

Yaponiyada genişmiqyaslı əməliyyat keçirilib.İnterAz-ın  Trend-ə istinadən məlumatına görə, əməliyyat nəticəsində ölkəyə 44 milyon dollarlıq qızıl gətirən qaçaqmalçı şəbəkə ələ keçib.

 

Bildirlir ki, qanunsuz yolla ölkəyə gətirilən 4,8 milyard iyen dəyərində qızılla bağlı 7 nəfərdən ibarət dəstə yaxalanıb.

 

Polisin məlumatına görə, qızıl Honkonqdan iki konteynerlə gətirilib. Belə ki, burada qızılın qiyməti ucuz olduğundan qaçaqmalçılar onu Tokioya gətirib satmaq istəyirmiş.