Paşinyandan etiraf: Yerevanın meri rüşvətlə seçilib

"Taron Marqaryanın rüşvətlə bu vəzifəyə seçilməsi ilə bağlı heç bir şübhə yoxdur”

Bakı,Nərgiz Yəhyayeva, , İnteraz - 17 May 2018, 14:14

Yerevanın meri Taron Marqaryan rüşvət yolu ilə seçilib.

 

İnterAz Ermənistan KİV-lərinə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

 

O bildirib: “Mən Yerevan meri ilə bağlı fikrimi artıq demişəm. Taron Marqaryanın rüşvətlə bu vəzifəyə seçilməsi ilə bağlı heç bir şübhə yoxdur”.

 

Qeyd edək ki, son günlərdə Yerevanda merin istefası tələbi ilə aksiyalar keçirilir.