Mey təsdiqlədi: Böyük Britaniya Aİ-nin gömrük birliyini tərk edir

Britaniya Aİ ilə gömrük sazişlərinin müzakirəsini davam etdirəcək

Bakı, Cavid Babayev, İnteraz - 17 May 2018, 15:31

Böyük Britaniyanın baş naziri Tereza Mey ölkənin Avropa İttifaqının gömrük birliyini tərk etmək niyyətində olduğunu təsdiq edib.

İnterAz-ın "Trend"ə istinadən verdiyi məlumata görə, Britaniya Aİ ilə gömrük sazişlərinin müzakirəsini davam etdirəcək.

Bir müddət əvvəl Londonun Aİ-nin gömrük birliyində qala biləcəyi barədə fikirlər səsləndirilirdi.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi 2019-cu il martın 29-da baş tutacaq. London Aİ-nin gömrük birliyində 2020-ci il dekabrın 31-dək qalacaq.