Türkiyədə daha 20 universitet açılacaq

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qanunu imzalayıb

Bakı, Nərgiz Quliyeva, İnteraz - 17 May 2018, 17:10

Türkiyədə daha 20 universitet təsis ediləcək.

 

 Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bununla bağlı müvafiq qanunu imzalayıb.

 

Qeyd edək ki, Türkiyədə 175 universitet var. Bunların 71-i fondun, 104-ü isə dövlətindir. 46 universitet olmaqla, ən çox ali təhsil müəssisəsi İstanbulda fəaliyyət göstərir. Bunların da 9-u dövlət, 37-si isə fonda aiddir. 

 

“Report”