“Taliban” Əfqanıstanda 86 kəndi ələ keçirib, türkmənlər evlərini tərk edib

“Taliban” qruplaşması Kalayzal rayonunun 86 kəndini ələ keçirib

Bakı, Nərgiz Quliyeva, İnteraz - 21 May 2018, 15:30

Əfqanıstanla sərhəddə, o cümlədən ölkənin şimalındakı silahlı qarşıdurma nəticəsində etnik türkmənlər öz evlərini tərk ediblər.

 

 bunu Əfqanıstanın Qunduz əyalətinin yerli məclisinin deputatı Səid Əsədulla Sadat bildirib.

 

“Taliban” qruplaşması Kalayzal rayonunun 86 kəndini ələ keçirib. Həmin ərazidəki hökumət qoşunları “Taliban” tərəfindən sıxışdırılıb”, - o vurğulayıb.

 

Həmin əyalətlərə “Taliban” bu ilin aprelindən hücuma keçib. Ona görə də yerli əhali, o cümlədən etnik türkmənlər evlərini tərk ediblər.

 

Qunduz, Covuzcan, Faryap və Bəlx əyalətlərinin 34 rayonunda etnik türkmənlər sıx yaşayır. Əfqanıstanda 3,5-4 milyon türkmən yaşadığı ehtimal olunur.

 

Faryapın 9, Covuzcanın 3, Bəlxin 1 rayonu Türkmənistanla sərhəddə yerləşir. Ümumilikdə, Əfqanıstanla Türkmənistan arasında sərhədin uzunluğu 800 km-dən artıqdır.  

 

“Report”