Zəncirvari qəzada 19 nəfər ölüb - 3-ü uşaqdır

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir

Bakı, Nərgiz Yəhyayeva, , İnteraz - 26 May 2018, 15:42

Uqandada sərnişin avtobusunun traktor və pivə dolu avtosisternlə toqquşması nəticəsində 19 nəfər ölüb.

 

İnterAz Trend-ə istinadən xəbər verir ki, ölənlər arasında 3 uşaq da var.

 

Yaralıların vəziyyəti orta ağır qiymətləndirilir.

 

Hadisə yerində xilasedicilər işləyir.

 

Qeyd edək ki, Uqanda dünyada ən çox yol qəzası baş verən ölkələr siyahısındadır. Hər il azı 20 min nəfər bu qəzaların qurbanı olur.