ABŞ və Cənubi Koreya prezidentləri arasında telefon danşığı olub

Daha əvvəl Mun Çje İn ABŞ və KXDR arasındakı münasibətlərin tam nizamlanmasının mümkünlüyünü dəyərləndirib

Bakı, Nərgiz Quliyeva, İnteraz - 11 Iyun 2018, 16:00

ABŞ prezidenti Donald Trampla Cənubi Koreyanın dövlət başçısı Mun Çje İn arasında ABŞ-KXDR sammiti ərəfəsində telefon danışığı baş tutub.

 

 RT xəbər verir ki, bu barədə "Yonhap" agentliyi Cənubi Koreya liderinin administrasiyasındakı nümayəndəyə istinadən məlumat yayıb.

 

Daha əvvəl Mun Çje İn ABŞ və KXDR arasındakı münasibətlərin tam nizamlanmasının mümkünlüyünü dəyərləndirib.

 

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp və Şimali Koreya lideri Kim Çen In artıq Sinqapurdadır. İyunun 12-də Sentos adasında yerləşən "Capella" hotelində ABŞ - KXDR sammiti keçiriləcək.

"Report"