Floridada girov götürülən uşaqların meyitləri tapılıb

Uşaqları girov götürən Qerri Lindsi polislə atışmada bir polis əməkdaşını yaralayıb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyun 2018, 09:25

Floridada girov götürülən 12 yaşa qədər olan 4 uşağın meyitləri tapılıb.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, uşaqları girov götürən Qerri Lindsi polislə atışmada bir polis əməkdaşını yaralayıb.

 

Daha sonra 4 uşaqla qaldığı yeri dəyişən cinayətkarla danışıqlar aparmaq istəyən polis əməkdaşlarını səyi nəticəsiz qalıb. Qerri uşaqları qətlə yetirdikdən sonra intihar edib.