Fransada qatar relsdən çıxdı - Xəsarət alanlar var

Hadisəyə ilkin səbəb kimi yağan yağışlar nəticəsində relslərin sıradan çıxması olub

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyun 2018, 11:24

Fransanın Essonn departamentində sürətli qatarın relsdən çıxması nəticəsində 7 nəfər xəsarət alıb.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, bu barədə ölkənin nəqliyyat naziri Elizabet Born məlumat verib.

 

Hadisəyə ilkin səbəb kimi yağan yağışlar nəticəsində relslərin sıradan çıxması olub.

 

Xəsarət alanların vəziyyəti orta ağır qiymətləndirilir.