Taliban lideri Əfqanıstanla bağlı ABŞ-ı danışıqlara dəvət edib

O, Əfqanıstandakı uzunmüddətli qarşıdurmaya son qoymaq üçün ABŞ-ı sülh danışıqlarının ilkin mərhələsinə dəvət edib

Bakı, Nərgiz Quliyeva, İnteraz - 13 Iyun 2018, 16:33

Taliban lideri Heybətullah Axundzadə ABŞ-ı danışıqlara dəvət edib.

 

Taliban lideri Əfqanıstandakı uzunmüddətli qarşıdurmaya son qoymaq üçün ABŞ-ı sülh danışıqlarının ilkin mərhələsinə dəvət edib.

 

 “Əgər ABŞ rəsmi şəxsləri münaqişənin sülh yolu ilə həllinə gerçəkdən inanırsa, danışıqlar masasına əyləşib, birbaşa dialoqa başlamalıdır”, -deyə Axundzadə diqqətə çatdırıb.

 

 Onun sözlərinə görə, ABŞ hər problemə inadla yanaşır, amma gücün istifadəsi həmişə arzuolunan nəticələr vermir.

 

 Taliban lideri onu da qeyd edib ki, Əfqanıstanın xilasının yeganə yolu NATO-nun “Qətiyyətli Dəstək” hərbi əməliyyatlarında iştirak edən ABŞ hərbi kontingentinin ölkədən çıxmasıdır.

 

 Heybətullah əlavə edib ki, Əfqanıstandakı böhranlı vəziyyət, dağıdıcı nəticələr yalnız danışıqlar yolu ilə aradan qaldırıla bilər.

 

APA