İndoneziyada qayıq batıb

Hazırda qəza bölgəsində axtarış-xilasetmə əməliyyatları aparılır

Bakı, Kəmalə Bədəlova, İnteraz - 14 Iyun 2018, 09:33

İndoneziyanın Sulavesi adası sahillərində qayığın batması nəticəsində 13 nəfər həlak olub.

 

İnterAz-ın Trend-ə məlumatına görə, həmin qayıqda olan daha 8 nəfər itkin düşüb.

 

Hazırda qəza bölgəsində axtarış-xilasetmə əməliyyatları aparılır.

 

Qəzanın baş vermə səbəbləri hələlik məlum deyil.