CAR-da məscidə hücum olub

Hücum edən şəxs daha sonra polis tərəfindən zərərsizləşdirilib

Bakı, Kəmalə Bədəlova, İnteraz - 14 Iyun 2018, 12:06

Cənubi Afrika Respublikasında (CAR) naməlum şəxs məscidə hücum edib.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, bıçaqla hücum nəticəsində iki nəfər həlak olub, daha bir neçə nəfər xəsarət alıb.

 

Hücum edən şəxs daha sonra polis tərəfindən zərərsizləşdirilib.

 

Hadisə şahidləri hücum edənin əcnəbi olduğunu bildiriblər. Polis isə saxlanılan şəxsin kimliyini açıqlamayıb. İnsidentlə bağlı araşıdırma başlayıb.