Donald Trampın Nobel mükafatına namizədliyi təklif edilib

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ evə gələndən 9 ay sonra Nobel sülh mükafatına layiq görülmüşdü

Bakı, Nərgiz Quliyeva, İnteraz - 14 Iyun 2018, 13:40

Koreya yarımadasının nüvəsizləşdirilməsinə dair sazişə verdiyi töhfəyə görə ABŞ prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi təklif edilib.bu təşəbbüslə Norveç Tərəqqi Partiyasının iki üzvü çıxış edib.

 

 

Xatırladaq ki, ABŞ-ın keçmiş prezidenti Barak Obama Ağ evə gələndən 9 ay sonra Nobel sülh mükafatına layiq görülmüşdü. O, beynəlxalq diplomatiya və xalq arasında əməkdaşlığın gücləndirilməsi üçün müstəsna səylərinə görə mükafatlandırılmışdı.

APA