Hindistanda sürüşmə 4 nəfəri öldürüb, 8 nəfər torpaq altında itib

Sürüşmə ərazisində 5 yaşayış evi tamamilə dağılıb

Bakı, Cavid Babayev, İnteraz - 14 Iyun 2018, 16:25

Hindistanda torpaq sürüşməsi baş verib.

İnterAz-ın "Trend"ə istinadən verdiyi məlumata görə, ölkənin cənubundakı Kerala ştatındakı sürüşmə nəticəsində azı 4 nəfərin öldüyü bildirilir. Daha 8 nəfərin isə torpaq altında qalaraq itkin düşdüyü deyilir.

Torpaq sürüşməsinə isə bir neçə gündür aramsız yağan yağışlar səbəb olub. Sürüşmə ərazisində 5 yaşayış evi tamamilə dağılıb.

Hazırda təbii fəlakət baş verən ərazidə xilasedicilər işləyir. İtkin düşmüş şəxslərin axtarışı aparılır.