Rusiyanın hərbi gücü - SQ-də olan dronların sayı açıqlanıb

2015-ci il Suriyada hərbi əməliyyatlar başlayandan Rusiya dronları 23 mindən çox uçuş - ümumilikdə 140 saat uçuş həyata keçiriblər

Bakı, Kəmalə Bədəlova, İnteraz - 06 Iyul 2018, 10:09

Rusiya Silahlı Qüvvələrində 1900-dən artıq dron var. İnterAz-ın Trend-ə istinadən məlumatına görə, bu statistik göstəricini Rusiya Baş Qərargahının pilotsuz uçuş aparatları sisteminin qurulması və inkişafı idarəsinin rəisi Aleksandr Novikov səsləndirib.

 

A.Novikov əlavə edib ki, 2015-ci il Suriyada hərbi əməliyyatlar başlayandan Rusiya dronları 23 mindən çox uçuş - ümumilikdə 140 saat uçuş həyata keçiriblər.

 

İdarə rəisi onu da qeyd edib ki, yaxın vaxtlarda dronların sayı yenə artırılacaq.