Oğrular əllərindəki qurğu ilə avtomobilin qapısını açıb qaçırdılar

Texnika inkişaf etdikcə oğrular da zamanın tələblərinə uyğun olaraq hərəkət etməyə başlayıblar

Bakı, Səbuhi Vaqifoğlu, İnteraz - 07 Iyul 2018, 14:10

Avtomobil oğurluğu hər bir dövrdə olub.

 

İnterAz avtosfer.az-a istinadən xəbər verir ki, xüsusilə də şüşəni sındırmaqla, yaxud qapını qırmaqla bunu edirdilər. Lakin texnika inkişaf etdikcə oğrular da zamanın tələblərinə uyğun olaraq hərəkət etməyə başlayıblar.

 

Sosial şəbəkələrdə yayılan videoda iki oğru müasir son model "Mercedes" markalı avtomobilin qapısını asanlıqla açır və onu aparır. Belə ki, oğrulardan biri avtomobilin yanında, digəri isə maşın sahibinin yaşadığı evin yanında dayanır. Əllərindəki qurğu ilə avtomobilin şifrəsini qıraraq qapını açırlar.