İranda qırıcı təyyarə qəzaya uğrayıb

Pakistanın Sistan və Bəlucistan vilayətləri ilə sərhəddə yerləşən Çexbexar ərazisində patrul əməliyyatları aparıldığı zaman F-4 döyüş təyyarəsi qəzaya uğrayıb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 11 Iyul 2018, 13:23

İranın Hərbi Hava Qüvvələrinə məxsus qırıcı təyyarə ölkənin cənub-şərqində qəzaya uğrayıb. 

 

İnterAz bu barədə "Report"a istinadən məlumat verir.

 

Bildirilir ki, Pakistanın Sistan və Bəlucistan vilayətləri ilə sərhəddə yerləşən Çexbexar ərazisində patrul əməliyyatları aparıldığı zaman F-4 döyüş təyyarəsi qəzaya uğrayıb. Hadisənin səbəbi texniki nasazlıq göstərilir.

 

Qeyd edək ki, iki pilot katapulta vasitəsilə təyyarədən xilas olub.