Ayətullah Xamneyinin müşaviri bu gün Moskvaya səfər edəcək

Z. Kabulov İran ali dini liderinin müşavirinin Rusiya XİN-də danışıqlarının planlaşdırılmadığını söyləyib

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 11 Iyul 2018, 13:47

İran ali dini liderinin müşaviri Əli Əkbər Vilayəti bu gün Moskvaya səfər edəcək.

 

İnterAz-ın APA-ya istinadən məlumata görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin ikinci Asiya Departamentinin rəhbəri Zamir Kabulov bildirib. 

 

Onun sözlərinə görə, Vilayətinin Rusiyanın rəsmi şəxsləri ilə görüşü iyulun 12-ə planlaşdırılıb. Z. Kabulov İran ali dini liderinin müşavirinin Rusiya XİN-də danışıqlarının planlaşdırılmadığını söyləyib. 

 

Qeyd edək ki, bir müddət öncə İran XİN-in rəsmi nümayəndəsi Bəhram Kəsami ali dini liderin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayətinin Əli Xamneyi və İran prezidenti Həsən Ruhaninin ABŞ-ın nüvə sazişindən çıxması ilə bağlı Tehranın mövqeyinin izah olunduğu məktubunu Vladimir Putinə çatdırmaq üçün Moskvaya səfər edəcəyini bildirib.