Əfqanıstanda Təhsil Departamentinə hücum zamanı 10 nəfər həlak olub

Qeyd edək ki, hücum bu gün səhər saatlarında baş verib

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 11 Iyul 2018, 14:52

Cəlalabadda Nanqarhar əyalətinin inzibati mərkəzində Təhsil Departamentinə hücum zamanı 10 nəfər həlak olub, daha 10 nəfər yaralanıb.

 

İnterAz-ın "Report"-a istinadən məumatına görə,  bu barədə Tolo News telekanalı əyalətinin qubernatorunun nümayəndəsinə istinadən xəbər verir.

 

Qeyd edək ki, hücum bu gün səhər saatlarında baş verib.