NATO sammitində Gürcüstan, Ukrayna və Moldovaya dəstəklə bağlı bəyannamə qəbul edilib

Rusiya Ukraynanı, həmçinin Krımın qanunsuz ilhaqı yolu ilə destabilizasiya edir, beynəlxalq hüququ pozur

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyul 2018, 10:34

"NATO hər hansı ölkə üçün təhlükə yaratmır. Bütün tədbirlər Alyansın hüquqi və siyasi öhdəlikləri çərçivəsindədir, həmçinin qoruyucu, proporsional və şəffafdır".

 

İnterAz Report-a istinadən xəbər verir ki, bu fikir NATO sammitində qəbul edilən Transatlantik Təhlükəsizlik və Həmrəylik üzrə Brüssel Bəyannaməsində bildirilir.

 

"Biz uzunmüddətli qeyri-sabitlik dövrü ilə rastlaşırıq. Rusiya Ukraynanı, həmçinin Krımın qanunsuz ilhaqı yolu ilə destabilizasiya edir, beynəlxalq hüququ pozur", - sənəddə deyilir.

 

Eyni zamanda sammit iştirakçıları bildiriblər ki, Rusiya ilə əvvəlki kimi konstruktiv dialoqa hazırdırlar.

 

Bəyannamədə NATO-nun Şərq Tərəfdaşları - Gürcüstan, Moldova, Ukrayna, həmçinin Bosniya və Herseqovinaya dəstək əksini tapır.