Türkiyə polisi narkotacirlərə qarşı növbəti əməliyata başladı

Əməliyyatlar daha öncədən müəyyən edilmiş 200 ünvanda keçirilir

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyul 2018, 10:54

Türkiyə polisi Ankarada narkotacirlərə qarşı genişmiqyaslı əməliyyata başlayıb.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, bu əməliyyatlara təxminən 5 min polisin cəlb edildiyi bildirilir.

 

Əməliyyatlar daha öncədən müəyyən edilmiş 200 ünvanda keçirilir.

 

Qeyd edək ki, son 2 ayda narkotacirlərə qarşı əməliyyatlar çərçivəsində 3823 nəfər saxlanılıb ki, onların arasında xarici vətəndaşların da olduğu bildirilir.