Tereza Mey və Donald Tramp Rusiya məsələsini müzakirə edəcəklər

Bu barədə Britaniyanın baş nazirinin dəftərxanası məlumat yayıb

Bakı, Nərgiz Quliyeva, İnteraz - 12 Iyul 2018, 11:51

 Böyük Britaniyanın baş naziri Tereza Mey və ABŞ prezidenti Donald Tramp iyulun 13-də keçirəcəkləri danışıqlarda xarici siyasət, o cümlədən Rusiya məsələsini müzakirə edəcəklər.

 

 Bu barədə Britaniyanın baş nazirinin dəftərxanası məlumat yayıb.

 

Bildirilir ki, Tramp iyulun 12-də Britaniyaya gedəcək. Mey onu Blenheym sarayında qəbul edəcək.

 

"Cümə günü o, Rusiya da daxil olmaqla, xarici siyasət, ticarət əlaqələrini, "Brexit"i və Yaxın Şərq məsələlərini müzakirə etmək üçün Çekersə gedəcək", - deyə məlumatda qeyd olunur.

 

Britaniya hökumətindən bildirilib ki, Mey rəsmi Londonun Vaşinqtonun yaxın tərəfdaşı olduğunu bildirmək niyyətindədir. Mey həmçinin danışıqlarda Transatlantik müttəfiqliyinə etibarlılığı vurğulamaq və təhlükəsizlik, xarici siyasət, ticarət məsələlərində ABŞ-la əməkdaşlığı genişləndirməyi razılaşdırmaq niyyətindədir.

 

Daha əvvəl Britaniyanın baş naziri bildirib ki, Trampla danışıqları səbirsizliklə gözləyir.

 

"Report"