Misirdə avtobus yük maşını ilə toqquşub

Daha 27 nəfərin xəsarət aldığı bildirilir

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyul 2018, 13:41

Misirdə Matruh-İsgəndəriyyə şossesində avtobus yük maşını ilə toqquşub.

 

İnterAz-ın Trend-ə istinadən məlumatına görə, qəza nəticəsində 8 nəfər həlak olub. Daha 27 nəfərin xəsarət aldığı bildirilir.

 

Qəzanın səbəbləri hələlik məlum deyil.

 

Hadisə ilə bağlı araşdırma aparılır.