Cənubi Koreya ABŞ qoşunlarını ölkədən çıxarmaq niyyətində deyil

ABŞ və Cənubi Koreya qoşunlarının birgə təlimləri hazırda dayandırılıb

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyul 2018, 13:51

"Cənubi Koreya hətta KXDR-in uğurlu denuklearizasiyası halında ABŞ qoşunlarını öz ərazisindən çıxarmağı planlaşdırmır".

 

İnterAz-ın Report-a istinadən verdiyi məlumata görə, bu barədə Cənubi Koreya Prezidenti Mun Çje İn Sinqapurun "The Straits Times" nəşrinə müsahibəsində deyib.

 

"Cənubi Koreya və Birləşmiş Ştatlar Koreya yarımadasında və Şimal-Şərqi Asiyada sülh və sabitlik üçün ABŞ hərbi kontingentinin rolu və vacibliyi barəsində sərt mövqe tutur", - prezident bildirib.

 

O həmçinin əlavə edib ki, ABŞ və Cənubi Koreya qoşunlarının birgə təlimləri hazırda dayandırılıb: "Lakin ABŞ hərbi kontingentinin ölkədə yerləşməsi Cənubi Koreya-ABŞ alyansı kateqoriyasına aiddir və Şimali Koreya ilə ABŞ arasında danışıqların müzakirə predmeti ola bilməz".

 

Mun Çje İn vurğulayıb ki, onun ölkəsi KXDR ilə sülh müqaviləsinin imzalanmasına köklənir.