Donald Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələyib

Əgər Alyansa üzrə dövlətlər müdafiə xərclərini dərhal Ümumi Daxili Məhslun 2 faizinə qədər qaldırmasalar, amerikalılar öz maraqlarına uyğun olaraq iş aparacaqlar

Bakı, Kəmalə Bədəlova, İnteraz - 12 Iyul 2018, 14:25

ABŞ prezidenti Donald Tramp tərəfdaşlarını NATO-dan çıxmaqla hədələyib.

 

İnterAz-ın Report-a istinadən məlumatına görə, bunu Almaniyanın "dpa" agentliyinə sammitdə iştirak edən və adının açıqlanmasını istəməyən mənbələr bildirib.

 

"Əgər Alyansa üzrə dövlətlər müdafiə xərclərini dərhal Ümumi Daxili Məhslun 2 faizinə qədər qaldırmasalar, amerikalılar öz maraqlarına uyğun olaraq iş aparacaqlar", - deyə D.Tramp Brüsseldə NATO sammitində vurğulayıb. 

 

Qeyd edək ki, Almaniya müdafiə xərclərini Vaşinqtonun tələb etdiyi həcmdə artırılmasına vəd verməkdən imtina edib. Rəsmi Berlin müdafiə xərclərini 2024-ci ilə qədər ÜDM-in 1,5% -nə qədər artırmağı planlaşdırır.