Tramp Gürcüstanın NATO-ya üzvlüyünə münasibət bildirib

“Gələcəkdə onların belə bir şansı olacaq, amma indi yox”

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 12 Iyul 2018, 15:23

“Gürcüstan indi NATO-nun üzvü olmayacaq”.

 

İnterAz APA-nın Gürcüstan bürosuna istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Brüsseldə keçirdiyi mətbuat konfransında deyib.

 

D. Tramp bildirib ki, Gürcüstanın alyansa üzvlüyü ilə bağlı şans yaranacaq: “Gələcəkdə onların belə bir şansı olacaq, amma indi yox”.