Ərdoğan: Silahlı Qüvvələrin Baş Qərargahı Müdafiə Nazirliyi ilə birləşdirilə bilər

“Baş Qərargahın Müdafiə Nazirliyi ilə birləşdirilməsi ölkəni daha da güclü edəcək”

Bakı, Nərgiz Yəhyayeva, İnteraz - 12 Iyul 2018, 16:55

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Milli Müdafiə Nazirliyi ilə birləşdirilə bilər.

 

İnterAz Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

 

O qeyd edib ki, bu məsələ hələ 2014-cü ildə gündəliyə çıxarılmışdı.

 

Dövlət başçısının sözlərinə görə, Türkiyə kimi güclü ölkədə müdafiə sahəsinə cavab verən iki qurumun olması düzgün deyil:

 

“Baş Qərargahın Müdafiə Nazirliyi ilə birləşdirilməsi ölkəni daha da güclü edəcək”.