Hindistanda "MiQ-21" qırıcısı qəzaya uğrayıb, pilot ölüb

Qəza yerində polis işləyir

Bakı, , İnteraz - 18 Iyul 2018, 16:07

 Hindistan Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-21" qırıcısı ölkənin şimalındakı Himaçal Pradeş əyalətində qəzaya uğrayıb.Qəza nəticəsində pilot ölüb.

 

Hindistan təhlükəsizlik xidmətlərinin məlumatına görə, təyyarə Pathankot şəhərindəki bazadan havaya qalxıb. Uçuşdan sonra qırıcı ilə əlaqə kəsilib, qəzanın səbəbləri hələlik açıqlanmır.

 

Qəza yerində polis işləyir. Qəzadan sonra baş verən yanğın söndürülüb.

 

"Report"