Türkiyədə zəlzələ baş verib

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir

Bakı, Kəmalə Bədəlova, İnteraz - 10 Avqust 2018, 10:39

Türkiyənin şərqində 3 bal gücündə zəlzələ baş verib.

 

İnterAz Trend-ə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Van şəhərindən 31 kilometr şimal-qərbdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib. Zəlzələ "UTC" vaxtı ilə saat 03:54-də qeydə alınıb.

 

Dağıntı və zərərçəkənlər barədə məlumat verilmir.