Kərgədan avtomobili yerindən qaldırdı

Belə ki, kərgədan safariyə gələn ailənin nəqliyyat vasitəsinə hücum edib

Bakı, Kəmalə Bədəlova, İnteraz - 10 Avqust 2018, 11:19

Meksikada kərgədan içində sərnişinlərin olduğu avtomobilə hücum edib.

 

İnterAz-ın Sonxeber.az-ə istinadən verdiyi məlumata görə, insident Puebla şəhərində baş verib.

 

Belə ki, kərgədan safariyə gələn ailənin nəqliyyat vasitəsinə hücum edib. Heyvan safarı parkındakı ailənin avtomobilinə hücum edərək yerindən qaldırıb.